AZCON Holding retweeted
Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına!
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
AZCON Holding retweeted
“Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akadamiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi apardıq.
AZCON Holding retweeted
Həmkarım, elm və təhsil naziri Emin Əmrullayevlə birgə AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin ilk tələbələri ilə görüşdük.
Tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik etdik, onlara uğurlar arzuladıq.
Görüş zamanı tələbələrlə tədris prosesi, akademik mühit, proqramın yaratdığı imkanlar və qarşıdakı mərhələlər barədə fikir mübadiləsi apardıq.
İnanırıq ki, AZSET ölkəmizdə müasir mühəndislik və texnologiya sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.
AZCON Holding retweeted
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüş keçirdik.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini, həmçinin dəmir yolu, metro və ümumilikdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və dekarbonizasiyası istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin hava və dəniz nəqliyyatı, eləcə də kosmik sahədə potensial maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi apardıq.
AZCON Holding retweeted
“Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşdük.
Görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik.
Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi apardıq.
AZCON Holding retweeted
✈️ @AzconHolding şirkətlərindən olan @azalofficial ilk dəfə beynəlxalq nüfuzlu “Great Place to Work®” sertifikatına layiq görülüb.
#AZCON #AZAL
AZCON Holding retweeted
Həmkarım Sahil Babayevlə birlikdə AZCON Holding-in tərkibinə daxil olan “Bakı Metropoliteni” QSC ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin birinci mərhələsinin maliyyələşdirilməsi üçün 180 milyon ABŞ dolları məbləğində kredit sazişlərinin imzalanması mərasimində iştirak etdik.
Kredit sazişləri əsasında ayrılan vəsait hesabına “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisi davam etdiriləcək, eyni zamanda Yaşıl xətt üzrə 10 stansiya əsaslı şəkildə modernləşdiriləcək. Layihə Bakı şəhərində daha rahat, təhlükəsiz və dayanıqlı ictimai nəqliyyat sisteminin inkişafına, həmçinin artan sərnişin tələbatının qarşılanmasına mühüm töhfə verəcək.
Bakı Metropoliteninin genişləndirilməsi cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2025–2030-cu illərdə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində göstərdiyi davamlı diqqət və dəstəyə görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk.
AZCON Holding retweeted
AZCON Mühəndislik və Texnologiya Məktəbinin – AZSET proqramının təsis edilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak etdik.
AZCON Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə həyata keçirilən bu təşəbbüs gənclərə beynəlxalq akademik standartlar əsasında praktiki yönümlü və sənaye ilə inteqrasiya olunmuş təhsil imkanı yaradacaq.
İnanırıq ki, AZSET gələcəyin rəqəmsal iqtisadiyyatı üçün güclü insan kapitalının formalaşmasına mühüm töhfə verəcək.
AZCON Holding retweeted
Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı. Əminəm ki, Onun ruhu şaddır, çünki bugünkü Azərbaycan Onun əsəridir.
AZCON Holding retweeted
🚌 @AzconHolding şirkətlərindən olan “BakuBus” MMC-yə məxsus yeni #avtobus parkı istifadəyə verilib.
✅ Yeni parkın istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 150 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobus sərnişinlərin xidmətinə təqdim edilib.
AZCON Holding retweeted
#ADY Chairman Rovshan Rustamov visited #Turkmenbashi International Sea Port and was briefed on the port’s technical capabilities and transit potential.
Discussions also covered the synchronized development of Turkmenbashi Port and ADY’s Baku International Sea Port, as well as opportunities to expand the #CaspianBlackSea connection.
AZCON Holding retweeted
✅ @CRRC_ZELC-in prezidenti cənab Lyao Honqtaonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
#AZCON
AZCON Holding retweeted
Azerbaijan and Türkiye sign a new agreement to enhance #RailwayCooperation.
A Memorandum of Understanding has been signed between “Azerbaijan Railways” CJSC (ADY), a member company of AZCON Holding, and Turkish State Railways (TCDD).
The memorandum, signed by Rovshan Rustamov, Chairman of #ADY, and Veysi Kurt, Director General and Chair of the Board of #TCDD, aims to strengthen cooperation in the #RailwaySector.
The cooperation will cover #InfrastructureDevelopment, #TrafficManagement, innovative joint solutions, #StaffTraining, and #InformationExchange.
AZCON Holding retweeted
Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirdik.
Görüş zamanı AZCON Holding-ə aid qurumlarla həyata keçirilən layihələrin icrasında Dünya Bankının iştirak imkanlarını müzakirə etdik.
Xüsusilə Orta Dəhliz, limanın ikinci fazasının tikintisi və şəhər nəqliyyatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq.
















































