Azembassy in Moldova retweeted
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm.
Bu mühüm tarix xalqımızın azadlıq və müstəqillik arzusu ətrafında sıx birləşməsinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin təcəssümüdür.
Milli Dirçəliş Günümüz Mübarək! 🇦🇿
Azembassy in Moldova retweeted
Bu gün – 12 Noyabr ölkəmizdə Konstitusiya Günü qeyd olunur.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsasını təşkil edir.
Bu əlamətdar gün münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, dövlətimizə davamlı inkişaf, ölkəmizə əmin-amanlıq və rifah arzulayıram.
Konstitusiya Günümüz mübarək!
Azembassy in Moldova retweeted
Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür.
Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik.
#BirMillətİkiDövlət 🇦🇿🇹🇷
Azembassy in Moldova retweeted
Üçrəngli bayrağımız xalqımızın azadlıq və müstəqillik ideallarının, milli birliyinin, tarixi irsinin və dövlətçilik ənənələrinin müqəddəs rəmzidir. Bu bayraq, eyni zamanda, xalqımızın keçdiyi şərəfli yolun, milli qürurunun və müstəqil dövlət quruculuğu əzminin təcəssümüdür.
Əminəm ki, dövlətimizin suverenliyinin və xalqımızın milli qürurunun rəmzi olan üçrəngli bayrağımız bundan sonra da Azərbaycanın hər bir guşəsində və beynəlxalq arenada daim yüksəklərdə dalğalanacaqdır.
Dövlət Bayrağı Günümüz mübarək!🇦🇿
Azembassy in Moldova retweeted
Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına!
#Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
Azembassy in Moldova retweeted
✔Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!
Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!🇦🇿🇦🇿🇦🇿
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN
✔On this day, we do proudly celebrate Victory Day! We are immensely grateful to our President, our valiant soldiers, officers and war veterans! Our many thanks go to your feats of arms, bravery, courage and unwavering determination, which have enabled us to celebrate this holiday as a victorious nation!
I respectfully pay tribute to our heroic sons who gave their lives for the Motherland, and extend my sympathies to their relatives and loved ones! May peace and prosperity always reign in Azerbaijan!🇦🇿🇦🇿🇦🇿
With deep respect and love,
Yours MEHRIBAN
✔Сегодня мы с большой гордостью отмечаем День Победы! Наша благодарность Президенту, нашим отважным солдатам, офицерам и ветеранам безмерна! Спасибо вам за героизм, отвагу, мужество и стойкость! Спасибо за то, что сегодняшний день мы отмечаем как народ-победитель!
С уважением чту светлую память доблестных сынов нашего народа, героически погибших во имя Родины, желаю терпения их родным и близким! Пусть в Азербайджане всегда господствуют мир и благополучие!🇦🇿🇦🇿🇦🇿
С глубоким уважением и любовью,
Ваша MEHRİBAN
Azembassy in Moldova retweeted
18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür! 🇦🇿
Bu əlamətdar gün münasibətilə bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edir, davamlı tərəqqi və firavanlıq arzulayıram.
Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir.
Yaşasın müstəqil, suveren və qüdrətli Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿
Azembassy in Moldova retweeted
Had a constructive meeting with Deputy Prime Minister, Minister of Foreign Affairs of Moldova @MihaiPopsoi on the margins of #UNGA81.
We explored practical ways to give stronger momentum to our economic partnership, focusing on boosting trade turnover, expanding energy and renewables collaboration, and developing resilient transport and logistics ties.
We emphasized the value of facilitating direct connections between our business communities, encouraging mutual investment flows, and unlocking new opportunities in tourism and commercial cooperation.
We also touched upon regional security situation.
Azembassy in Moldova retweeted
Bu gün xalqımız üçün qürur və tarixi əhəmiyyət daşıyan Dövlət Suverenliyi Gününü qeyd edirik.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfər nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunub.
Bu şanlı Zəfərin ərsəyə gəlməsi üçün canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edirəm.
Bayramımız mübarək olsun! 🇦🇿
Azembassy in Moldova retweeted
Bu gün ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd olunur.
Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasını, eyni zamanda beynəlxalq hüquq və ədalətin təntənəsini təcəssüm etdirən Dövlət Suverenliyi Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirik.
Tariximizin bu şanlı səhifəsini canları bahasına yazan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan! 🇦🇿
Azembassy in Moldova retweeted
Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.
108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirdi.
Bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik.

























