Consulate General of Azerbaijan in Dubai retweeted
12 Noyabr – Konstitusiya Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik!
Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, suverenliyimizin, hüquqi dövlətçilik prinsiplərinin və milli birliyimizin möhkəm təməlidir.
Bu əlamətdar gün münasibətilə hər bir vətəndaşımıza dövlətimizin daha da möhkəmlənməsi, ölkəmizin davamlı tərəqqisi və suverenliyimizin daim qorunması naminə uğurlar arzulayırıq.
Konstitusiya Günümüz mübarək!
Consulate General of Azerbaijan in Dubai retweeted
Zəfər Günün mübarək, Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
Consulate General of Azerbaijan in Dubai retweeted
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə Bəyanatı
⬇️⬇️⬇️
mfa.gov.az/az/news/no42726
Statement of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the occasion of 8 November – Victory Day
⬇️⬇️⬇️
mfa.gov.az/en/news/no42726
Consulate General of Azerbaijan in Dubai retweeted
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və qazanılan tarixi zəfər xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz əzminin təntənəsinə çevrilmişdir. Bu möhtəşəm qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi yolun ən mühüm mərhələsi olmuşdur.
Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir. Bu gün Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi naminə səylərini qətiyyətlə davam etdirir.
Bu müqəddəs gün münasibətlə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına göstərdikləri fədakarlığa görə minnətdarlığımızı bildiririk.
Qəhrəmanlarımızın əzmi və şücaəti xalqımızın yaddaşında daim yaşayacaq, zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaqdır.
Zəfər Günümüz mübarək olsun! 🇦🇿🇦🇿🇦🇿
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
Consulate General of Azerbaijan in Dubai retweeted
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızın milli qürurunu, dövlətçiliyimizi və müstəqilliyimizi təcəssüm etdirən üçrəngli bayrağımıza sonsuz ehtiramımızı ifadə edirik.
Mavi, qırmızı və yaşıl rənglərində milli kimliyimizi, tarixi yaddaşımızı və mənəvi dəyərlərimizi yaşadan müqəddəs bayrağımız daim azad və müstəqil Azərbaycanın səmasında qürurla dalğalanacaqdır.
Dövlət Bayrağı Günümüz mübarək!🇦🇿
Consulate General of Azerbaijan in Dubai retweeted
8 Noyabr - Zəfər Günü münasibətilə Xarici İşlər Nazirliyinin heyətinin Zəfər parkına ziyarətinə dair mətbuat məlumatı
⬇️⬇️⬇️
mfa.gov.az/az/news/no42826
Zəfər Günün mübarək, #Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿
Happy Victory Day, #Azerbaijan! 🇦🇿🇦🇿🇦🇿
#Azərbaycan #8Noyabr #ZəfərGünü
#Azerbaijan #8November #VictoryDay
Consulate General of Azerbaijan in Dubai retweeted
18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.
Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!
Yaşasın müstəqil Azərbaycan! 🇦🇿🇦🇿🇦🇿
Consulate General of Azerbaijan in Dubai retweeted
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib!
Consulate General of Azerbaijan in Dubai retweeted
27 sentyabr – Anım Gününə dair Bəyanat
⬇️⬇️⬇️
mfa.gov.az/az/news/no37226-2…
Statement on 27 September - Remembrance Day
⬇️⬇️⬇️
mfa.gov.az/en/news/no37226-2…
Consulate General of Azerbaijan in Dubai retweeted
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin misilsiz fədakarlığı nəticəsində tarixi ədalət bərpa olundu, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi.
Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarımızda ucaldan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən əsgər və zabitlərimizin müqəddəs xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edir, bütün müharibə iştirakçılarına və qazilərimizə cansağlığı arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
- Foreigners and stateless persons arriving to the Republic of Azerbaijan in connection with FIFA U-15 World Cup and Festival to be held in the Republic of Azerbaijan, will be able to obtain visas on arrival at the international airports of the Republic of Azerbaijan from September 22 till November 5, 2026
On of the below mentioned documents is required for visa issuance:
1. An official invitation letter of Association of Football Federations of Azerbaijan (AFFA);
2. A Document confirming accreditation via the electronic registration system in accordance with the relevant rules of International Federation of Association Football (FIFA).
3
537
- Azərbaycan Respublikasında keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
1. Azərbaycan Futbol Federasiyasıları Assosasiyasının (AFFA) rəsmi dəvət məktubu;
2. Beynəlxalq Futbol Federasiyaları Assosasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəd.
4
147
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlamışdır. president.az/az/articles/vie…
Consulate General of Azerbaijan in Dubai retweeted
20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bəyanat
⬇️⬇️⬇️
mfa.gov.az/az/news/no36326
Statement on the occasion of 20 September – State Sovereignty Day
⬇️⬇️⬇️
mfa.gov.az/en/news/no36326
Consulate General of Azerbaijan in Dubai retweeted
Bu gün ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd olunur.
Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpasını, eyni zamanda beynəlxalq hüquq və ədalətin təntənəsini təcəssüm etdirən Dövlət Suverenliyi Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirik.
Tariximizin bu şanlı səhifəsini canları bahasına yazan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan! 🇦🇿




















