⚽ Azərbaycanda minifutbol üzrə 26/27-ci mövsümün püşkatması keçirildi!12 komandanın mübarizə aparacağı çempionatın maraqlı oyunlar və yüksək rəqabətlə yadda qalacağına əminəm. Məqsədimiz-minifutbolun ölkəmizdə daha geniş auditoriya qazanması,gənc istedadların üzə çıxarılmasıdır.
Had a pleasure to speak at 🌍 @OECD-@ICSB Conference on #SMEs and #Entrepreneurship in📍Paris 🇫🇷, representing private sector of Azerbaijan🇦🇿. Thank you, dear friend, Dr. @Aymanelt for invitation. Today’s discussions will contribute to better understanding needs of #businesses 🤝
Orkhan Mammadov retweeted
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
president.az/az/articles/vie…
18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə xalqımızı təbrik edir, müstəqil və güclü Azərbaycanımızın daim inkişaf etməsini arzulayırıq. Müstəqilliyimiz əbədi olsun! 🇦🇿
📍Bişkekdə Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru ilə görüşlər keçirdik.
@ZirePFK ilə əməkdaşlıq imkanlarını və ölkələrimiz arasında minifutbolun inkişafı istiqamətində birgə layihələri və yeni təşəbbüsləri müzakirə etdik.
Beynəlxalq idman tərəfdaşlıqları vasitəsilə minifutbola və ölkə idmanımızın inkişafına töhfə verməyə davam edəcəyik.
Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və peşə bayramları münasibətilə prokurorluq işçilərini təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq.
@prokurorluq
Bu gündən etibarən #KOBİA-nın səlahiyyət müddətinin başa çatması ilə birlikdə, mənim də qurumdakı rəhbər vəzifəm sona çatmışdır.
#KOBİA-da keçirdiyim 8 il, ümumilikdə isə İqtisadiyyat Nazirliyində 20 illik fəaliyyətim ərzində mənə Vətənimə xidmət etmək imkanı yaratdığına görə Hörmətli Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da sağlamlığım imkan verdikcə ölkəmə xidmət etməyə davam edəcəyəm.
Vəzifədə çalışdığım müddətdə adlarını bir-bir sadalaya bilməyəcəyim çox sayda həmkarımın, sahibkarların dəstəyini və dostluğunu gördüm. Hər birinə təşəkkür edirəm. Uca Allah qismətimizi, yolumuzu və gələcəyimizi daim açıq etsin.🤲
İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir.Sahibkarlar #KOBİA-nın #Qarabağ və #ŞərqiZəngəzur iqtisadi rayonlarındakı xidmət şəbəkəsinə müraciət edərək bölgənin #investisiya imkanları,dövlətin dəstək alətləri barədə məlumat və məsləhət ala bilərlər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığı və şücaəti xalqımızın qürur mənbəyidir. 27 Sentyabr – Anım Günündə adları Zəfər tariximizə əbədi həkk olunmuş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.
Met with Mr. Rashid bin Hamad Al Athba, 2nd Vice-Chairman of @Qatar_Chamber 🇦🇿🇶🇦. We exchanged views on Azerbaijan–Qatar business relations, SME cooperation and the activities of the Joint Business Council.
Rusiyanın "Ozon" e-ticarət platformasının nümayəndələri ilə görüşdə sahibkarlar üçün #satış və #logistika mexanizmlərinə, yerli #KOB-ların platformadan istifadə imkanlarına və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apardıq.
A delegation from Oman’s SME Development Authority (@riyadaom) 🇴🇲 visited @BakiKOBevi to learn about its activities. During a meeting with Chairperson Halima bint Rashid Al Zari, we shared information on the support and services provided to #SMEs in Azerbaijan.
Böyük qürur hissi ilə qeyd etdiyimiz #DövlətSuverenliyiGünü münasibətilə təbriklərimizi çatdırır, suveren Azərbaycanımıza davamlı inkişaf və əmin-amanlıq arzulayırıq! Qəhrəman şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
📍Naxçıvanda minifutbolun yeni səhifəsi açıldı! I Minifutbol Kuboku 20 komandanın iştirakı ilə başa çatdı. Bu gözəl turnirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, qarşıdakı illərdə burada minifutbol daha da inkişaf edəcək. Bu turnirin əsl qalibi Naxçıvan minifutboludur!⚽️🇦🇿
Bakının işğaldan azad edilməsindən 108 il ötür. Bu tarix Azərbaycan və Türkiyənin qardaşlığının və birliyinin şanlı səhifələrindəndir. Azərbaycan-Türkiyə dostluğu əbədidir! 🇦🇿🇹🇷



































