Photo Stock (@PhotoStockaz) header
Photo Stock (@PhotoStockaz) profile picture

“PhotoStock” layihəsi özündə bir çox fotoqrafları birləşdirən Azərbaycanın ən böyük fotobanklarından biridir. https://teapawt.net/t.co/9cF264LTN8

Azerbaijan
Joined May 2021
Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)Photo by Photo Stock (@PhotoStockaz)
📸 Tarixin şəkli rubrikası: 🕰 Ostend, Belgium, 1988 👤 Fotoqraf: Harry Gruyaert 📆 Bu foto dünyaca məşhur belçikalı fotoqraf Harry Gruyaert tərəfindən 1988-ci ildə Belçikanın sahil şəhəri Ostenddə (Oostende) çəkilib. Magnum Photos agentliyinin üzvü olan fotoqrafın bu əsəri Şimal dənizi sahilindəki fırtına buludları ilə sahil boyunca yayılan işıq arasındakı kəskin təzadı əks etdirir. Fotoda qara buludların altında sahildə tək dayanan insan silueti, boş skamyalar və uzaqda görünən binalar tənhalıq hissi yaradır. Sanki bu mənzərə real həyatdan deyil, hansısa filmin dramatik kadrından götürülüb. ℹ️ Rəngli fotoqrafiyanın tanınmış nümayəndələrindən olan Harry Gruyaert bu əsərində rənglərdən məhdud istifadə edərək işıq və kölgənin yaratdığı təzadları ön plana çıxarıb. Nəticədə foto adi bir sahil mənzərəsindən daha çox, emosional təsir gücünə malik rəsm əsərini xatırladır. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
11
🇦🇿 25 Noyabr – Kəlbəcər Şəhəri Günü 📅 Bu gün – noyabrın 25-də Kəlbəcər Şəhəri Günü qeyd olunur. Ermənistanın işğalçı ordusunun rayonu tərk etməsindən 6 il ötür. ℹ️ Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir. Kəlbəcərin azadlığı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi və Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbə nəticəsində mümkün olub. ⏳ 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfinin müraciəti ilə ordunun və qanunsuz məskunlaşmış şəxslərin ərazidən çıxarılması üçün əlavə 10 gün vaxt verildi. Azərbaycan dövləti humanist mövqeyini nümayiş etdirərək təhvilvermə müddətini noyabrın 25-dək uzatdı. 🔥 Ermənistan silahlı qüvvələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər doğma yurdundan didərgin düşüb, 55 hərbçi və 511 mülki şəxs öldürülüb, 321 nəfər əsir götürülüb və ya itkin düşüb. Minlərlə sakin yaralanıb. ❣️ Bu gün Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Yeni yollar çəkilir, infrastruktur yenilənir, yaşayış məntəqələri bərpa olunur. Vaxtilə həsrətə çevrilən Kəlbəcər indi yenidən qurulur, doğma sakinlərinin qayıdışı üçün şərait yaradılır. Kəlbəcər azadlığın, Zəfərin və Azərbaycanın yenilməz iradəsinin rəmzidir. #25noyabr #photostockaz #kəlbəcərgünü #kəlbəcər #azərbaycan
2
44
⚽ “Barselona”nın “Sabah”la oyunöncəsi mətbuat konfransı və məşq prossesi 🎙️ “Barselona”nın baş məşqçisi və futbolçusu “Sabah”la qarşılaşma öncəsi mətbuat konfransı keçirib. 🏟️ Hans-Diter Flik və Frenki de Yonq Azərbaycan təmsilçisinin oyun üslubu barədə fikirlərini bölüşərək Bakıdakı matça ciddi hazırlaşdıqlarını bildiriblər. 📋 Flik “Sabah”ın baxımlı futbol oynamağı sevdiyini və özünəməxsus oyun sisteminə malik olduğunu vurğulayıb. 🏆 O, bütün rəqiblərə hörmətlə yanaşdıqlarını və qarşılaşmada üç xal qazanmaq istədiklərini deyib. 🗨️ Baş məşqçi Lamin Yamalın Bakıya gəlməməsinə də aydınlıq gətirib. 🏠 Onun sözlərinə görə, futbolçunun vəziyyəti qiymətləndirildikdən sonra evdə qalmasının daha məqsədəuyğun olduğu qərara alınıb. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6B05B4DF… #barselona #photostockaz #sabah #futbol #azərbaycan
2
1
40
📌 Azərbaycanlı generallar və ziyalılar eyni gündə necə öldürüldü? #qarakəndfaciəsi #photostockaz #general #qarakənd #azərbaycan
1
2
9
136
📸 Tarixin şəkli rubrikası: 🕰 “Fotoqrafı yamsılayan uşaqlar” (1994-cü il Mali) 👤 Fotoqraf: Abbas Əttar 📆 Dünya şöhrətli iranlı fotojurnalist Abbas Əttar (Abbas) tərəfindən 1994-cü ildə Malinin Bakodjikorone bölgəsində lentə alınan bu məşhur ağ-qara foto “Fotoqrafı yamsılayan uşaqlar” (ing. Children imitating the photographer) adlanır. Nüfuzlu Magnum Photos agentliyinin üzvü olmuş sənətkar bu kadrda iki afrikalı uşağın əlləri ilə fotoaparat obyektivi forması yaradaraq onu təqlid etdikləri səmimi və oynaq anı əbədiləşdirib. ℹ️ Siyasi münaqişələr, inqilablar və sosial dəyişikliklərlə bağlı sərt sənədli işləri ilə tanınan Abbasın yaradıcılığında bu əsər insan təbiətinin saflığını, uşaq marağını və fotoqrafla çəkdiyi insanlar arasında yaranan səmimi ünsiyyəti əks etdirən ən yaddaqalan nümunələrdən biri hesab olunur. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
37
🛣 Zəngəzur dəhlizi Azərbaycanı necə dəyişəcək? #zəngəzurdəhlizi #1hadisənintəsiri #photostockaz #naxçıvan #azərbaycan
2
4
49
✨ Təyyarənin havada qoyduğu izlə dağçının qarda açdığı cığırın qəribə vəhdəti. 📸 Foto 05.03.2026-cı ildə çəkilib. #qar #photostockaz #şahdağ #qusar #azərbaycan
1
5
48
📌 Silahlı dəstəyə başçılıq edən şəmkirli qadın Stalini necə xilas edib? #qaçaqgülsüm #photostockaz #stalin #bakı #azərbaycan
1
5
59
🇦🇿 “Kökümüzə Qayıdış” – Şəhid qızları at üstündə Zəfər yürüşündə 🐎 “Kökümüzə Qayıdış” layihəsi çərçivəsində şəhid qızlarının iştirakı ilə Zəfər yürüşü keçirilib. 👘 Milli geyimdə, at üstündə gerçəkləşən yürüş Azərbaycan qadınının qürurlu, cəsarətli və köklərinə bağlı obrazını nümayiş etdirib. 🎖 Yürüşdə şəhid general Polad Həşimovun, şəhid mayor Asiman Əliyevin, şəhid baş gizir Camal İsmayılovun, şəhid polkovnik- leytenant Əkrəm Şadmanovun, şəhid kapitan Nəcəf Şikarovun və şəhid baş gizir Oktay Bədəlovun qızları ilə yanaşı, 👥 dövlət qurumları, mediya nümayəndələri və ictimai fəal xanımlar iştirak ediblər. 🕊 Layihənin əsas məqsədi şəhid qızlarına mənəvi dəstək olmaq, onların yanında olduğumuzu hiss etdirmək, milli irsimizi, adət-ənənələrimizi və Azərbaycan xanımının tarixi obrazını yaşatmaqdır. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6B03DEDD… #kökümüzəqayıdış #photostockaz #zəfəryürüşü #şəhidqızları #azərbaycan
2
34
📸 Tarixin şəkli rubrikası 🕰 PİDE - 1974 👤 Fotoqraf: Eduardo Qajeyro 📆 Portuqaliyalı fotojurnalist Eduardo Qajeyronun 1974-cü il aprelin 26-da çəkdiyi bu məşhur foto "Qərənfillər İnqilabı"nın ən güclü vizual simvoludur. Kadrda inqilabın ertəsi günü rejimin qorxulu gizli polisi olan PIDE-nin Lissabondakı mərkəzi qərargahına daxil olan gənc bir əsgərin kreslonun üzərinə çıxaraq ölkənin keçmiş diktatoru Antonio de Oliveyra Salazarın portretini divardan endirməsi əks olunub. ℹ️ Uzun illər xalqı qorxu altında saxlayan bir qurumun binasında diktatorun şəklini yerə endirmək təkcə bir otağın təmizlənməsi deyil, həm də Portuqaliyada 48 illik avtoritar rejimin və diktaturanın rəsmi süqutunun simvoluna çevrilmiş tarixi bir andır. #tarixinşəkli #photostockaz #fotoqrafiyatarixi #fotosənəti #foto
33
📌 Xəzərin üstündən Bakıdan Aktaua körpü olsaydı, necə olardı? #1hadisənintəsiri #animasiya #xəzərdənizi #bakı #aktau
1
3
72
🌿 Zamanın tələsmədiyi yollar: Dörd təkər üstündəki kənd yaddaşı. 📸 Foto 10.07.2012-ci ildə çəkilib. #kəndhəyatı #photostockaz #kənd #armudpadar #xaçmaz
2
5
50
❄️ Səssizliyin hökm sürdüyü, göylə torpağın ağ ipək kimi qovuşduğu zirvələr 📸 Foto 05.03.2026-cı ildə çəkilib. #qar #photostockaz #şahdağ #qusar #azərbaycan
56
✨Yaşıl sükutun içindən uzanan ağ cığır və tək bir yolçu. 📸 Foto 05.05.2010-cu ildə çəkilib. #kəndhəyatı #photostockaz #uşaq #kənd #azərbaycan
53
🇦🇿 Göylərə boylanan şəhər. 📸 Foto 16.11.2026-cı ildə çəkilib. #bakışəhəri #photostockaz #mənzərə #bakı #azərbaycan
52
⌚️ Saatsaz Hacı Fətəliyev 📍 Saat ustası Hacı Fətəliyev 1955-ci ildə Bakı şəhərində anadan olub. 🕰 O, saatsazlıq sənətinə 1971-ci ildə, 16 yaşı tamam olduqdan sonra başlayıb. 🔧 Sumqayıt Şəhər Məişət Xidməti İdarəsində yəhudi ustanın yanında şagird kimi fəaliyyətə başlayan Hacı Fətəliyev cəmi altı ay ərzində bu sənətin incəliklərini öyrənib. 📚 Həmin müddətdə dövlət tərəfindən ona şagirdlik təqaüdü də ödənilib. 🛠 1972-ci ildən etibarən Sumqayıt şəhərində müstəqil saat ustası kimi işləməyə başlayıb. ✨ Aradan keçən onilliklərə baxmayaraq, Hacı Fətəliyev bu gün də sevdiyi sənətini davam etdirir, saatlara yenidən həyat verir. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AFFFB25… #saatsaz #photostockaz #hacıfətəliyev #sumqayıt #sənətkarlıq
25
❣️ Dağ kəndinin səssizliyində iki əkiz hekayə. 📸 Foto 04.05.2010-cu ildə çəkilib. #uşaq #photostockaz #kəndhəyatı #tovuz #azərbaycan
42
🕯 Kamera və Orqan Musiqisi Zalında şam işığında balet axşamı 🏛 2 500 şamın əhatəsində, XX əsrin əvvəllərində neoqotika üslubunda inşa edilmiş, yüzillik tarixə malik möhtəşəm Kamera və Orqan Musiqisi Zalının ecazkar atmosferində “Şam işığında balet axşamı” konserti keçirilb. 🎻 Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunan konsert dünya kinosunun və müasir klassik musiqinin görkəmli bəstəkarları Hans Zimmer, Ludovico Einaudi, Ennio Morricone və digər məşhur bəstəkarların əsərlərinə həsr edilib. ✨ Şamların yaratdığı sehrli atmosferdə səslənən musiqilər dinləyicilərə unudulmaz sənət axşamı yaşadıb. 🗣 Daha çox foto və məlumat üçün link:⤵️ photostock.az/media/6AFFDC9B… #konsert #photostockaz #balet #klassikmusiqi #azərbaycan
32
📍 Saatlıda 8324 metr dərinliyində "cəhənnəm quyusu" nə üçün qazılıb? #cəhənnəmquyusu #photostockaz #kürarazovalığı #saatlı #azərbaycan
1
1
68