Azərbaycan Ordusunun hərbçisi, Şabran rayon sakini Ziya Baba oğlu Babayevin həlak olduğu bildirilir. Onun Füzuli istiqamətində avtomobil qəzası nəticəsində dünyasını itirdiyi deyilir. Məlumatı rayon komissarlığından təsdiqləyiblər. Şəhidin cənazəsi bu gün gecə Füzulidən doğulduğu rayona göndəriləcək. Evin tək oğlu idi, ailəlidir, iki övladı var.
3
26
4,299
Son hərbi əməliyat zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri, Sabirabadın Ulucalı kənd sakini Muradov Əzizbəy Etibar oğlu bu gün şəhid olub. Ümumi şəhid olanların sayı 205 nəfər oldu.
Son hərbi əməliyyatda iştirak edən və Xocavənd istiqamətində ağır yaralanan Azərbaycan Ordusunun "Komando" briqadasının hərbçisi, İsmayıllının Qalınçaq kənd sakini Qasımov Cahan Xəqani oğlunun bu gün şəhid olduğu deyilir.
Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək intihara cəhd edib. Dizində dəmir protez var. Amma bir ildir ki, mübarizə aparmasına rəğmən əlillik dərəcəsi ala bilmir. Vəziyyətinin hazırda stabil olduğu bildirilir.
Kəlbəcərdə hərbçilərin olduğu avtomobilin qəzaya uğradığı, bir Azərbaycan Ordusunun hərbçisi, MAXE Emin Eldəniz oğlu Əliyevin həlak olduğu bildirilir. Bir neçə hərbçinin isə yaralandığı deyilir.
3
36
3,212
Daha bir İkinci Qarabağ müharibəsi qazisi Nizaməddin İbadovun özünü yandıraraq intihar etdiyi bildirilir. Müharibədən sonra intihar edən, intihara cəhd edən hərbçilərin sayı durmadan artır. Buna səbəblərdən ən başlıcası hökumətin biganəliyi və rəsmi qurumların süründürməçiliyidir
Daha bir İkinci Qarabağ müharibəsi qazisi, Gədəbəyin Mormor kənd sakini Nəbi Azad oğlu Məmmədov (Gədəbəyli Nəbi kimi tanınır) özünü yandıraraq intihara cəhd edib. O, dəfələrlə Gədəbəy icra başçısının görüşündə olduğunu, ondan iş istədiyini, onun isə bu xahişlərə məhəl qoymadığını, ona görə də bu addımı atdığını bildirir. Hazırda ağır vəziyyətdə xəstəxanadadır, deyir heç kim mənə baxmır, maraqlanmır: "Axşama qədər bu ağrı kəsməsə özümü asacam".









